Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar görüş-qəbul Nüvədi kəndində keçirilib

23 aprel 2025 | 17:23

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar görüş-qəbulunu Nüvədi kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərləri və Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Brkandul, 40-cı kilometr, Nüvədi, Rəzəvül və Vistən kəndlərinin sakinləri iştirak edib.

Qəbulda sakinlərin müraciətlər əsasən ərazinin kəndlərinə qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolların təmiri və digər sosial məsələlərlə bağlı olub.

Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər