Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar görüş-qəbul Mistan kəndində keçirildi

23 iyun 2022 | 16:32

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tərəfindən rayonun Mistan kəndində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlarla növbəti səyyar qəbul keçirildi. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Qəbuldan əvvəl rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Mistan kəndindən olan Vətən Müharibəsi şəhidi Çingiz Babayevin məzarını ziyarət etdi.

Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirdi ki, dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir, bir sıra əhəmiyyətli sosial proqramlar reallaşdırılır. Azərbaycanın iqtisadi qüdrətinin artması bölgələrimizin inkişafına da müsbət təsir edir. Uğurlu siyasətin nəticəsidir ki, regionlarda, eyni zamanda Lerik rayonunda da bir sıra infrastruktur layihələri həyata keçirilmiş, yeni iş yerləri açılmış, əhalinin maddi rifahı yaxşılaşmışdır. Sonra C.Baxşıyev rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.

Səyyar qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.

Qəbul zamanı vətəndaşlar rayonda, o cümlədən Mistan ərazisində aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə edərək, onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər