Növbəti səyyar görüş-qəbul Hamarmeşə kəndində keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Hamarmeşə kəndində Vizəzəmin kənd inzibati ərazi dairəsin daxil olan kənd sakinləri ilə keçirdi. Səyyar qəbulda Milli Məclisin deputatı İqbal Məmmədov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Öncə iştirakçılar ərazidə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş “Zəfər” abidə kompleksini ziyarət edərək şəhidlərinin xatirəsini ehtiramla yad etdilər.
Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığınını bildirərək, son illərdə rayonumuzda, o cümlədən Vizəzəmin ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.
Qəbulda sakinlərin qaldırdığı bütün müraciətlər həssaslıqla dinlənildi, onların həlli istiqamətində aidiyyəti üzrə vəzifəli şəxslərə yerində göstəriş və tapşırıqlar verildi.