Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar görüş-qəbul Göydərə kəndində keçirilib

18 avqust 2023 | 17:28

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulunu Göydərə kəndində keçirib. Qəbulda Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Göydərə, Hilədərə, Hüseynabad, Xocadoy, Kələxan, Kəlvəz, Qışlaq, Məhləabad, Aşağı Amburdərə və Yuxarı Amburdərə kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Qəbulda cənab Prezident tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanıb.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, səyyar qəbulda Milli Məclisin deputatı, millət vəkili İqbal Məmmədov da iştirak edib.

Keçidlər