Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar görüş-qəbul Əliabad kəndində keçirildi

13 may 2022 | 16:50

Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yumşaldılandan rayonun sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə Lerik Rayon İcra Hakimiyyəti başda olmaqla idarə, müəssisə və təşkilatlarda iş fəaliyyəti gücləndirilir.

Vətəndaşların müraciətlərinə baxılması, qaldırılan məsələlərin yerindəcə araşdırılıb operativ həllindən ötrü icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 13 may 2022-ci il tarixdə qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Əliabad kəndində Əliabad kənd inzibati ərazi dairəsinə daxil olan kənd sakinləri ilə keçirdi. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilatların rəhbər işçiləri iştirak edirdi. 

Görüşdə çıxış edən icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən pandemiya dövrünün çətinliklərinə baxmayaraq cənab Prezidentin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticələrini sadalayaraq əldə olunan uğurların xalqımızın xoş rifahına xidmət etdiyini diqqətə çatdırdı.

Səyyar qəbul-görüşdən razılıq edən sakinlər dünyada baş verən mürəkkəb siyasi hadisələr fonunda ölkə iqtisadiyyatının durmadan inkişaf etdirilməsindən, xalqımızın sülh və əminamanlıq şəraitində yaşayışının təmin olunmasından məmnun olduqlarını qeyd etdilər və əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Vətəndaşları diqqətlə dinləyən C.Baxşıyev onların çoxsaylı suallarını və müraciətlərini cavablandıraraq bəzi məsələlərin həlliylə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyatı qurumlara rəsmi qaydada müraciət olunmasıyla bağlı tapşırıqlarını verdi.

Keçidlər