Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar görüş-qəbul Bibiyani kəndində keçirilib

21 iyul 2023 | 17:48

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 21 iyul 2023-cü il tarixində növbəti səyyar görüş-qəbulunu Bibiyanı kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, eləcə də Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Almu, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon, Sivəkəran, Təbrizli, Vizəzəmin və Bibiyani kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyəti başçısı çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə görüşlərin keçirilməsində əsas məqsəd mövcud vəziyyəti yerində öyrənmək, həlli mümkün olan məsələləri həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər