Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbət səyyar görüş-qəbul Gürdəsər kəndində keçirilib

01 noyabr 2023 | 17:35

01 noyabr 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərlərinin iştirakı ilə Gürdəsər kəndində səyyar qəbul keçirib. Qəbulda Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Gürdəsər, Camaşəir, Soru və Əliabad kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.

Həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğunu sakinlərin diqqətinə çatdırıb.

Qəbulda rayon rəhbəri Zəfər günü ərəfəsində olduğumuzu, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, bu ilin sentyabr ayında 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması və oktyabr ayında Xankəndində Azərbaycan Bayrağının ucaldılması ilə suverenliyimizin tam bərqərar edilməsini yüksək qürur hissi ilə qeyd edildiyini bildirir, Zəfər günü paradın Xankəndində keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, elektrik, qaz, içməli su və digər sosial məsələlərlə bağlı olub.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidyyəti vəzifəli şəxsləri müvafiq tapşırıqlar verib. 

Keçidlər