Noda kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
12 sentyabr 2024 | 18:16
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Noda kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, əlaqədar təşkilatların rəhbər işçiləri , Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Noda, Günəşli, Bilnə və Babagil kəndlərinin sakinləri iştirak edib.
Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi, əhalinin fasiləsiz içməli su ilə təminatı və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.