Monidigah kəndində sakinlərlə görüş keçirilib
Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Monidigah kəndində səyyar qəbul keçirib. Qəbulda Monidigah İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Monidigah, Həzovi, Nisli, Jindi və Pendi kəndlərinin sakinləri iştirak edib.
Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, su probleminin həlli və bir neçə fərdi müraciət səsləndirilib.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.