Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Molalan kəndində növbəti səyyar qəbul keçirilib

24 yanvar 2025 | 16:42

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Molalan kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Molalan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Molalan və Sors kəndlərinin sakinləri iştirak edib.

Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov  bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər