Mistan və Hiveri kəndlərində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 06 avqust 2025-ci il tarixində Mistan və Hiveri kəndlərində səyyar qəbul keçirib.
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Mistan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mistan, Digov, Digovdərə, Halabın, Xəlifəkənd, Pirəsora, Rəzgov kəndlərinin və Qosmalıan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hiveri, Qosmalıan, Çökərə, Digah, Divağac, Hoveri, Qələsər, Lələhiran, Şonaçola, Tatoni kəndlərinin sakinləri iştirak edib.
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Səyyar qəbullarda vətəndaşların problem və təklifləri dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.







