Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mənzilin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün elektrik və qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

28 sentyabr 2022 | 15:18

Payız-qış mövsümünün gəlişi insanların enerji daşıyıcılarına tələbatının artması ilə müşayət olunur. Mövsümün ən soyuq aylarının qarşıdan gələdiyini nəzərə alsaq istehlakçıların aşağıda qeyd edilən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət etməsi günün ən vacib məsələlərindən biridir.

Mənzillərdə yanğın təhlükəsizliyi haqqında çox yazılıb, çox deyilib. Buna baxmayaraq vətəndaşlarımız eyni səhvlərə yenidən yol verir ki, bu da yanğınlara, digər fəlakətlərə gətirib çıxarır, nəticədə isə ağır xəsarətlərlə xəstəxanaya düşür və ya həyatlarını itirirlər. Eyni zamanda mülkiyyət növündən asılı olmayaraq  əmlaka küllü miqdarda maddi ziyan dəyir.

Söz yox ki, yanğın baş verdikdə, ilk növbədə yanğınsöndürmə dəstəsinə zəng vuraraq yanğınsöndürənləri hadisə yerinə çağırmaq və yanğını mümkün qədər öz qüvvənizlə söndürməyə çalışmaq lazımdır. Yanan elektrik cihazıdırsa, ilk öncə onu cərəyandan, sonra mənzili təcili olaraq xətdən ayırın və alışan elektrik cihazını (ütünü və ya televizoru və s.) söndürməyə çalışın. Yadda saxlayın ki, yanan televizor və digər cihazlar ətrafa toksik maddələr və tüstü yaydığından, bu, həyatınız üçün həddən artıq təhlükəlidir. Yanğın baş verdikdə qapı və pəncərələri bağlayın ki, içəriyə daxil olan təmiz hava axını yanğını şiddətləndirməsin. Alovla mübarizə mümkünsüzdürsə, bağlı qapının yanlarını nəm parça ilə tıxın ki, tüstü içəriyə daxil olaraq sizi boğmasın. Yanan və güclü tüstülənmiş mənzildə əyilərək və ya sürünərək hərəkət edin, çünki döşəməyə yaxın ərazi yüxarıya qalxmağa meyilli tüstüdən qismən azaddır. Mənzillərdə yanğın adətən mətbəxdə baş verdiyindən, burada olarkən həddən artıq diqqətli olun! Yadda saxlayın ki, mətbəxdə və balkonda tezalışan maddə və mayelərin saxlanması qəti qadağandır. Hətta yuxarı mərtəbələrdən aşağıya atılan siqaret kötüyü küləklə sizin balkona gətirilə və orada saxlanlan maddə və mayeləri alışdıra bilər. Mətbəxdə isə küləkdən yellənən pərdələr yanan qaz plitəsinə yaxınlaşdıqda alışa bilər və beləliklə də böyük yanğına səbəb olar. Mətbəx və balkonları lüzumsuz əşyalarla doldurmayın. Bu xüsusilə tezalışan maddə və mayelərə, eləcə də taxta mebel və şkaflara, ümumiyyətlə, alışa bilən hər bir materiala aiddir. Bir çox yanğınlar mətbəxdə isti qazan və tavalardan, onların içərisindəki qaynar yağdan çıxır.

Yağ alışmışsa, dərhal qazı və ya elektrik enerjisini kəsin, qazanı (tavanı) qapaqla və ya yaş parça ilə örtün və yağın, eləcə də qazanın (tavanın) soyumasını gözləyin, əks halda yağ yenidən yanmağa başlaya bilər. Qaynar yağ, piy alışaraq divar və ya döşəməyə düşmüşdürsə, onları söndürmək üçün yuyucu tozdan və ya tozlu odsöndürəndən istifadə edin. Spirallı elektrik plitəsi həddən artıq qızdıqda, onu cərəyandan ayırın və spiralı nəm parça ilə örtərək soyumasını gözləyin. Balkonlarda hər hansı əşya saxlamaq istəyirsinizsə, onları dəmir yeşiklərə və ya metaldan düzəldilmiş şkaflara yığın. Balkonda hər ehtimala qarşı bir vedrə su və ya qum saxlayın. Yadda saxlayın ki, alovu yaş parça, qum və hətta gül dibçəklərindəki qumla söndürmək su ilə söndürməkdən daha əlverişlidir. Odla mübarizədə qüvvəniz yetərincə olmadıqda, qiymətli əşyaları, sənədləri və pullarınızı götürərək dərhal həyətə qaçın. Yadda saxlayın ki, yanan mənzildə ən təhlükəsiz yerlər balkon və pəncərə yanlarıdır. Yanğınsöndürənlər burada sizi tez tapar və xilas edər. Küçəyə çıxdıqda isti geyinməyi də unutmayın. Qapı və pəncərələri ehtiyatla açın, yelçəkərək alovu şiddətləndirməyə imkan verməyin. Lakin bu zaman ehtiyatı əldən verməyin, xüsusilə də yuxarı mərtəbələrdən aşağı tullanmayın. Bu çox təhlükəlidir. Yanğın baş verdikdə qonşularınızı da xəbərdar etməyi unutmayın və qəti olaraq liftdən istifadə etməyin. Ümümiyyətlə, yaşadığınız binanın giriş-çıxışlarını, su hidrantlarının yerləşdirildiyi əraziləri, təxliyə yollarını əvvəlcədən öyrənin və yadınızda saxlayın, çünki yanğın baş verdikdə buna vaxt qalmayacaq, bu isə sizin həyatınız bahasına başa gələ bilər.

Keçidlər