Mastail kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Mastail kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərləri, Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mastail, Əvilə, Qədimkücə, Livədirqə, Murya, Nüsomurya və Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib.
Qəbulda sakinlər tərəfindən avtomobil yolunun əsaslı təmiri, su problemi, elektrik təsərrüfatının yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.