Loda kəndində vətəndaşların müraciətləri dinlənilib
02 oktyabr 2024-cü il tarixində rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov Loda kəndində Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Loda, Conu, Hübi, Qəvoy, Qışlaq, Vıjaker, Vılık və Tülü kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Qəbulda sakinlərin təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.
Rayon rəhbəri Loda kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev Gündüz Etibar oğlunun məzarını ziyarət edib, şəhidin valideyinləri ilə görüşərək problemləri ilə maraqlanıb.