Şriftin ölçüsü :

Saytın rəngi :

Loda kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

15 iyul 2026 | 15:01

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 15 iyul  2026-cı il tarixində Loda kəndində səyyar qəbul keçirib. Qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Tülüconu kənd  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Loda, Vılık, Conu, Hübi, Qəvoy, Qışlaq, Vıjaker və Tülü kəndlərinin sakinləri iştirak edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, elektrik, internet və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər