Şriftin ölçüsü :

Saytın rəngi :

Lerikdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə dair müşavirə keçirilib

21 oktyabr 2026 | 17:38

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, ziyalılar və digər şəxslər iştirak ediblər.

Müşavirədə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən prioritetlərin və qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin reallaşdırılması, dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələrin icrası dövlət orqanlarının, müvafiq qurumların və ictimaiyyət nümayəndələrinin üzərinə mühüm məsuliyyət qoyur.

Daha sonra müşavirədə Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, Lerik rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov, şəhid atası (Lerik Dövlət Rəsm Qalereyasının direktoru) Mükafat Yaqubov, əməkdar müəllim Gültəkin Şıxəliyeva və I qrup Qarabağ müharibəsi əlili (Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid  Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri) Veysəl Məlikov çıxış edərək qurultayda səsləndirilən müddəaların əhəmiyyətindən bəhs edib, müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində ictimai həmrəyliyin, vətəndaş məsuliyyətinin və birgə fəaliyyətin mühüm rolunu diqqətə çatdırıblar.

Keçidlər