Şriftin ölçüsü :

Saytın rəngi :

Lerikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert proqramı təşkil olunub

09 may 2026 | 17:07

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lerik şəhərindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Tədbirdə dahi lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat verib.

Qurucusu və memarı olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olduğunu bildirib. Qeyd edib ki, dahi şəxsiyyət bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib.

Sonra Milli Məclisin deputatı Vasif Qafarov və YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxışlarında dahi liderin hər kəsə örnək olacaq həyat və siyasi fəaliyyətindən bəhs ediblər.

Konsert proqramı ilə davam etdirilən tədbirdə respublikanın tanınmış incəsənət xadimlərinin ifasında Ulu Öndərə, Vətənə həsr olunmuş musiqi nömrələri səsləndirilib.

Keçidlər