Lerikdə Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir
Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Lerik şəhəri, Heydər Əliyev meydanı ərazisində təşkil edilən yarmarkada əsasən ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılmışdır. Məhsullar alıcılara bazardakından 20-30 faiz ucuz qiymətə təklif olunub.
Yarmarkalarda alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyətinə, sanitariya-gigiyenik vəziyyətə nəzarət təmin edilmişdir.
Sakinlər yarmarkaların keçirilməsini rəğbətlə qarşılayır, məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirlər. Yaradılan şərait və satış qiymətləri ilə bağlı razılıq bildirən sakinlər belə yarmarkaların təşkil edilməsinin əhəmiyyətini qeyd edərək bayramqabağı əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.