Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə “İlin beşinci fəsli” kitabının təqdimatı keçirilib

14 aprel 2023 | 16:58

14 aprel 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Lerik Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı publisist Etibar Muradxanlının 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizə və qazilərimizə həsr etdiyi “İlin beşinci fəsli” kitabının təqdimat mərasimi keçirilib.

Öncə Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov  kitab və müəllifi haqqında ətraflı məlumat verib.

Təqdimat mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək Zəfər tariximizi yazan igid əsgər və zabitlərimizin döyüş yoluna həsr olunmuş bu romanın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol oynadığını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair Ağacəfər Həsənli, tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir, şair Vəli Qaraçaylı, şair Balayar Sadiq, şair Xanlar Həmid, ziyalı Hüseynbala Əliyev, şəhid ataları Rəbbil Heydərov, Hüseynverdi Rəhmətov və Mükafat Yaqub çıxışlarında “İlin beşinci fəsli” romanının sənədlər və faktlara əsaslanan, təsirli  döyüş səhnələrini özündə əks etdirən bir qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Sonda kitabın müəllifi Etibar Muradxanlı təqdimat mərasiminin təşkilatçılarına minnətdarlığını bildirərək, oxucu suallarını cavablandırıb, kitablarına imza ataraq oxucularına hədiyyə edib.

Tədbirdə Vətəni, şəhidlərimizi tərənnüm edən mahnı və şeirlər səsləndirilib.

Keçidlər