Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təqdim edilməsi ilə əlaqədar təltif olunanlarla görüş keçirilib

02 aprel 2024 | 17:08

02 aprel 2024-cü il tarixdə Lerik Rayon İcra Hakimiyyətində “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təltif olunanlara təqdim edilməsi ilə əlaqədar görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı  təsis edilib.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və YAP Lerik rayon təşkilatının məsləhətçi Elman Rəcəbov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişlər.

Təqdimat mərasimində çıxış edən Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ziyalılara təltif olunduqları medalı təqdim edib. Ziyalılar göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, bundan sonrada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği istiqamətində çalışacaqlarını vurğulayıblar.

Həmçinin “Avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyəti ilə fərqləndiyinə görə” Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş “52 nömrəli Yol İstismarı” MMC-nin rəisi Elxan Əliyevə “Tərəqqi” medalı təqdim edilib.

Keçidlər