Şriftin ölçüsü :

Saytın rəngi :

Lerikdə “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib.

06 fevral 2026 | 17:00

06 fevral 2026-cı il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Həftəsi” çərçivəsində “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib.

Forum Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.

Forumda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, 1996-cı il 2 fevralda keçirilmiş Azərbaycan Gənclərinin I Forumunun iştirakçıları, şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi və I Qarabağ Müharibəsinin iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər işktirak ediblər.

‎Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyini qeyd edərək onların bilik və bacarıqlarının Azərbaycanın davamlı inkişafına töhfə verdiyini bildirib.

‎Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, şəhid valideynləri Rəbbil Heydərov, Mükafat Yaqubov, Azərbaycan Gənclərinin I Forumunun iştirakçısı Hüsaməddin Abbasov və digərləri çıxış edərək Heydər Əliyev ideyalarının ölkənin inkişaf yolunda həlledici rolundan, gənclərin bu ideyalar ətrafında birləşməsinin əhəmiyyətindən bəhs ediblər.

‎Sonda tədbir iştirakçıları və gənclərlə xatirə şəkli çəkilib.

Keçidlər