Lerikdə dövlət qulluqçuları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022 - 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən Lerik rayonunda dövlət qulluqçuları üçün təlimlər təşkil olunub.
Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Lerik şəhəri, Heydər Əliyev Mərkəzində 23, 24 və 27 oktyabr 2023-cü il tarixlərində rayon üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları üçün “Münaqişələrin idarə edilməsi”, Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və “Dövlətin əsasları; Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında təlimlər keçirilib.