Lerikdə bayram sovqatları paylanıldı
11 iyul 2022 | 12:22
Lerik rayonunda hər il olduğu kimi bu ildə Müsəlmanların Müqəddəs Qurban bayramı münasibəti ilə bayram sovqatları paylanıldı. Lerik Rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 600 ailəyə bayram sovqatı verildi. Bayram sovqatları əsasən şəhid ailələri, qazilər, müharibə veteranları, tənha-kimsəsizlər və aztəminatlı ailələrə evlərində təqdim olundu.Bu müqəddəs gündə xeyirxah əməllərinə görə imtiyazlı ailələr onlara göstərilən diqqət və qayğı üçün ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.