Lerikdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8 noyabr 2022-ci il tarixindədə Lerik rayonunda 8 Noyabr - Zəfər Günü bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə tədbir iştirakçıları Lerik Rayon Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət rəsm sərgisinə baxıblar.
Sonra mədəniyyət mərkəzində rayon icra hakimiyyəti və mədəniyyət mərkəzinin birgə təşkilatçılığıyla təşkil edilmiş bayram konserti ilə davam etdirilib.
Bayram konsertində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi sükutla yad edilb. “Zəfər tarixi” adlı videoçarx nümayiş etdirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və Milli Məclisin deputatı İqbal Məmmədov 8 Noyabr – Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını və rayon ictimaiyyətini təbrik ediblər.
Tədbirdəki çıxışlarda Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin təcəssümü olan Zəfər Günün ikinci ildönümünü iftixar hissi ilə qeyd edildiyi, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyi olduğu vurğulanıb. Azərbaycan xalqının öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirib, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildiyi diqqətə çatdırılıb.
Tədbirdə incəsənət nümayəndələrinin ifasında təqdim olunan vətənpərvərlik mövzusundakı mahnılar, bədii qiraətçilərin söylədiyi Zəfər bayramına, Qələbəmizə və Şəhidlərə həsr olunmuş şerlər maraqla qarşılanıb.
ZƏFƏR bayramınız mübarək!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Qarabağ!
Yaşasın müzəffər Ali Baş Komandan İlham Əliyev!
Eşq olsun Azərbaycan ordusuna!
Eşq olsun Azərbaycan xalqına!