Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik şəhidlərinin şərəfinə “Vətən Bağı” ağacəkmə aksiyası keçirilib

06 aprel 2023 | 15:27

06 aprel 2023-cü il tarixdə Lerik şəhərində Paşa Holdingin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 1-ci Qarabağ və Vətən müharibəsində həyatını qurban vermiş qəhrəmanların şərəfinə “Vətən Bağı” ağacəkmə aksiyası keçirilib. Aksiyada əsas məqsəd Lerikdən olan şəhidləri anmaq və xatirələrini əbədiləşdirmək olub.

Ağacəkmə aksiyasında şəhid ailələri və qazilər, Lerik Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, Paşa Holdingin və “Qırmızı Ürəklər" Xeyriyyə Fondunun əməkdaşları şəhidlərimizin xatirəsinə ümumilikdə 200 ağac əkiblər.

Keçidlər