Lerik şəhərində və Veri kəndində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən Lerik şəhərində və Veri kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, həmçinin Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi Lerik şəhəri və Hıramo kəndinin , Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi Veri Əliabadı, Babakücə, Veri, Küsəkəran, Axunahiran, Qələbin kəndlərinin sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Qəbulun keçirilməsindəki məqsəd vətəndaş müraciətlərinin operativ araşdırılması və əhalini narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsidir.
Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, bəzi məsələlər yerindəcə həll olunub.







