Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik şəhərində səyyar görüş-qəbul keçirilib

18 dekabr 2024 | 17:22

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerik şəhərində səyyar qəbul keçirib.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri , Lerik şəhərinin və Hıramo kəndinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Qəbul zamanı şəhər sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən şəhərdaxili avtomobil yollarında piyada zolaqlarının çəkilməsi, küçələrin asfaltlaşdırılması, işıqlandırılması, magistral və şəhərdaxili su xətlərində tez-tez baş verən qəzaların yaratdığı fəsadların aradan qaldırılması və digər sosial məsələlərlə bağlı olub.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara və vəzifəli şəxslərə tapşırıqlar verilib.

Keçidlər