Lerik şəhərində Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açılıb
19 aprel 2023-cü il tarixində Lerik şəhərində, açıq havada Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, şəhid ailələri, Vətən müharibəsinin qaziləri, aztəminatlı ailələr, dini qurumların təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İftar mərasimdə Qurandan ayələr oxunub, şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib, onlara xoş arzularını çatdırıb. Azərbaycanda və eləcə də Lerik rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğulayıb. Ölkəmizdə davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib.