Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik RİH-nin başçısı Əkbər Abbasov Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edib

24 sentyabr 2022 | 18:18

24 sentyabar 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra Əkbər Abbasov 13 sentyabr 2022-ci il tarixində erməni təxribatının qarşısını alarkən şəhid olan Coşqun Zülfüzadənin ailəsilə görüşüb, öz dərin ehtiram və hörmətini bildirib, problemləri ilə maraqlanıb.

Keçidlər