Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş şahmat turniri keçirilib

21 noyabr 2024 | 20:06

21 noyabr 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin və YAP Lerik Rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş şahmat turnirinin final mərhələsi keçirilib.

Şahmat turnirinin mükafatlandırma mərhələsində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə turnir iştirakçıları şəhərin mərkəzi meydanında ucaldılmış Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Turnirin mükafatlandırma mərasimində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək qalibləri təbrik edib və bildirib ki, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu getdikcə daha da artmaqdadır.

Qeyd edək ki, noyabrın 20-də start götürən yarışda ümumilikdə 30-dan çox şahmatçı iştirak edib. Qaliblərə rayon təşkilatı tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Keçidlər