Lerik rayonunda məşğulluğun təmin edilməsi və İKT bacarıqlarının artırılması məqsədi ilə görüş keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun təşəbbüsü ilə rayonda məşğulluğun təmin edilməsi və gənclər arasında İKT bacarıqlarının artırılmasına dəstək olmaq üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiyin əməkdaşları ilə görüş keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində rəsmilərin görüşü ilə paralel olaraq rayon gənclərilə də görüş baş tutub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri, eyni zamanda, “Code Academy” tədris mərkəzinin nümayəndələri iştirak etdiyi görüşdə iştirakçılara “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib.
Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə “Code Academy” tərəfindən yerindəcə imtahan keçirilib.
İmtahan nəticələrinə uyğun olaraq iştirakçıların təqaüd proqramına cəlb olunması nəzərdə tutulub.