Lerik rayonunda Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilmişdir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev rayon ərazisində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Müəssisələrin mövcud fəaliyyəti, istehsal imkanları, məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təminatında rolu və fəaliyyətinin gələcəkdə genişləndirilməsi, rayonun özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.
Sahibkarların və fermerlərin təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən dəstək, tətbiq olunan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, yeni təsərrüfatların yaradılmasına və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verdiyi qeyd edilib. Sahibkarların problemlərinin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacağı bildirilib.







