Şriftin ölçüsü :

Saytın rəngi :

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası, eləcə də “mygov” rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

29 oktyabr 2026 | 17:56

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, RİH aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və digər iştirakçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Habil Məlikov çıxışında dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal transformasiya siyasəti dövlət xidmətlərinin əlçatanlığının artırılmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Qeyd olunub ki, “mygov” platforması vətəndaşlara müxtəlif dövlət xidmətlərindən elektron qaydada istifadə etmək, zəruri məlumat və sənədləri əldə etmək, vaxtlarına qənaət etmək imkanı yaradır. Bu baxımdan, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi və rəqəmsal xidmətlərdən istifadənin təşviqi mühüm əhəmiyyət daşıyır.

Çıxış zamanı kənd və yaşayış məntəqələrində rəqəmsal xidmətlər barədə məlumatlandırma işlərinin gücləndirilməsinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin bu prosesdə fəal iştirakının vacibliyi vurğulanıb. Bildirilib ki, əhalinin rəqəmsal savadlılığının artırılması dövlət xidmətlərindən daha rahat və operativ istifadəyə, eləcə də vətəndaşların dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin asanlaşdırılmasına şərait yaradır.

Tədbirdə “mygov” platformasının funksiyaları, qeydiyyat qaydaları, mobil tətbiqdən istifadə imkanları və elektron xidmətlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran məsələlər diqqətə çatdırılıb.

Sonda iştirakçılara “mygov” mobil tətbiqindən istifadə qaydalarını və platformanın imkanlarını əks etdirən maarifləndirici videomaterial nümayiş etdirilib.

Keçidlər