Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib

31 may 2023 | 15:17

31 may 2023-cü il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

İclasda rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, İƏD üzrə nümayəndələri, "Aqrservis" ASC-nin Lənkəran-Astara-Lerik Bölməsinin müdiri Rahim Rzayev, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Şura iclasının gündəliyinə daxil edilmiş “Rayon ərazisində kənd təsərrüfatı sektorunun inkişafı, təsərrüfatların yem təminatının yaxşılaşdırılması üçün ot biçini işlərinin vəziyyəti, taxılın itkisiz tədarükü ilə bağlı tələb olunan maşın və texnikaların səfərbər edilməsi və biçilmiş sahələrdə yanğın hadisələrinin qarşısının alınması ilə bağlı” rayon icra hakimiyyəti başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun arayışı dinlənilib.

Şura iclasında məruzə ətrafında Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov, Lerik Rayon DYMH rəis müavini Vüsal Zeynalov çıxış ediblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edilib.

Keçidlər