Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov Büzeyir mağarasında oldular
2022-ci il avqustun 20-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov rayon ərazisindəki, ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş, Paleolit dövrünə aid Büzeyir mağarasında oldular.
Qeyd edildi ki, 2012-ci ildən başlayaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi ekspedisiyası Lerik rayonu ərazisində genişmiqyaslı arxeoloji tədqiqatlar aparmaqdadır. Bu istiqamətdə fəaliyyətə uyğun olaraq, rayonun bir sıra kəndlərində arxeoloji qazıntı və kəşfiyyat işlərinin aparılmasının davam etdirilməsi nəzərdə tutulmuşdur.
Səfər zamanı arxeoloji qazıntı və kəşfiyyat işlərinin aparılmasının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məsələləri müzakirə edildi.