Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətinə təyin olunmuş yeni başçı Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad etdi

25 iyul 2022 | 19:39

Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmiş Əkbər Bəxtiyar oğlu Abbasov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri hörmətli Zeynal Nağdəliyev tərəfindən kollektivə təqdim edildi.

Təqdimatdan sonra rayon icra hakimiyyəti başçısı cənab Əkbər Abbasov müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etdi, abidə önünə tər gül-çiçək dəstələri qoydu.

Daha sonra Azərbaycanın ərazi bütovlüyü uğrundqa canlarını fəda etmiş lerikli şəhidlərin əziz xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini və Vətən Müharibəsi Qəhrəmanı Amid Rəbbil oğlu Heydərovun büstünü ziyarət etdi, tər gül-çiçək dəstələri düzdü. Vətən Müharibəsi Qəhrəmanının atası Rəbbil Heydərovla görüşərək səmimi söhbət etdi.

Keçidlər