Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirildi

17 may 2022 | 17:46

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 36 vətəndaş qəbul edildi.

Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, maddi yardım verilməsi, işdən qeyri qanuni çıxarılma, ev tikintisi, qaz pulunun düzgün hesablanmaması, torpaq və digər məsələlərlə bağlı idi.

Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin həlli mümkün olan məsələlər yerində həll olmuş, həlli mümkün olmayan müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər