Şriftin ölçüsü :

Saytın rəngi :

Lerik Rayon İcra Hakimiyyətində Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib

09 iyul 2026 | 18:18

Lerik Rayon İcra Hakimiyyətində  Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov ölkədə aqrar sahənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, Prezidentin müvafiq sərəncamından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin əhəmiyyətindən danışıb. Rayon rəhbəri kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha geniş yararlanması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb. O, Dövlət Proqramından irəli gələn tapşırıqların rayon səviyyəsində ardıcıl və səmərəli icrasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cəhani Nüsrətzadə rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, istehsalın artırılması və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Lerik Rayon Statistika İdarəsinin rəisi Ramin Şahıyev isə kənd təsərrüfatı sahəsi üzrə statistik göstəricilər, istehsal dinamikası və inkişaf meyilləri barədə təqdimatla çıxış edib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Keçidlər