Lerik Rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2022-ci il tarixili vətəndaş qəbulu
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən 30 avqust 2022-ci il tarixində rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 66 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.
Qəbul edilən vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.
Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.