Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 28 sentyabr 2022-ci il tarixli vətəndaş qəbulu

28 sentyabr 2022 | 17:11

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 42 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.

Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpaq məsələləri, tikinti materialının verilməsi və digər sosial məsələlərlə bağlı olub.

Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər