Lerik Rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2024-cü il tarixli vətəndaş qəbulu
24 sentyabr 2024 | 17:25
24 sentyabr 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 22 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.
Qəbulda rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.