Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2022-ci il tarixili vətəndaş qəbulu

23 avqust 2022 | 18:22

23 avqust 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 85 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.

Qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi,  maddi yardım, ev tikintisi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.

Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər