Lerik Rayon İcra Hakimiyyəti başçısının 20 sentyabr 2022-ci il tarixli vətəndaş qəbulu
20 sentyabr 2022-ci il tarixində icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən vətəndaşların qəbulu keçirilib.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 85 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.
Qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi, maddi yardım, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.
Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.