Lerik Rayon İcra Hakimiyyəti başçısının 17 oktyabr 2023-cü il tarixli vətəndaş qəbulu
17 oktyabr 2023 | 18:21
17 oktyabr 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, sosial yardımın təyin olunması və digər sosial məsələlərlə bağlı olub.
Qəbulda rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.