Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 01 noyabr 2022-ci il tarixli vətəndaş qəbulu

01 noyabr 2022 | 18:34

01 noyabr 2022-ci il tarixində icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən vətəndaşların qəbulu keçirilib.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 67 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.

Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, tikinti materialının verilməsi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.

Qəbulda rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər