Şriftin ölçüsü :

Saytın rəngi :

Lerik Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib.

23 iyun 2025 | 16:18

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları üçün nəzərdə tutulmuş Əsasnaməyə uyğun olaraq Lerik Rayon Ağsaqqallar Şurasının 2024-cü il ərzində gördüyü işlərin yekununa dair hesabat konfransı keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin  abidəsini  ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından və regionların inkişafına ayrılan diqqətdən söhbət açıb.

Sonra Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.

Konfransada Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, şəhid atası Rəbbil Heydərov və başqaları çıxış ediblər.

Sonda Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxışında Respublika Ağsaqqallar Şurasının üzvlərinin gördüyü önəmli işlərdən söz açmış və ağsaqqalların Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklərini diqqətə çatdırıb.

Keçidlər