Şriftin ölçüsü :

Saytın rəngi :

Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı iclası keçirilib

04 avqust 2026 | 15:53

04 avqust 2026-cı il tarixdə Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.

Rayon icra hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayaraq milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyalarından və regionların inkişafına ayrılan diqqətdən geniş söhbət açıb.

Sonra rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.

Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, şəhid atası Hüseynverdi Rəhmətov və başqaları çıxış ediblər.

Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayıb,  növbəti dəfə rayonun ağsaqqalları, ziyalıları ilə görüşməkdən böyük məmnunluq hissi duyduğunu bildirib. Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayından, ölkə başçısı cənab İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı müraciətdən və bu müraciətdə ağsaqqallara verdiyi yüksək dəyərdən söz açıb.

Sonda konfransda rayon Ağsaqqallar Şurası İdarə Heyətinin yeni tərkibi, Ağsaqqallar Şurasının və təftiş komissiyasının sədrləri səsvermə ilə seçiliblər.

Keçidlər