Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Laman kəndində şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

18 iyul 2022 | 18:14

18 iyul 2022-ci il tarixdə, ad günündə rayonun Laman kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Dənziyev Orxan Mübariz oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdi və önünə tər gül-çiçəklər düzdülər.

Bulaq kompleksinin önündə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və bulaq kompleksinin önünə əklil və tər gül-çiçəklər  düzüldü.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev  Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər.  Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları vardır. O, cümlədən bu kəndin qəhrəman oğlu, Vətən müharibəsi şəhidi Dənziyev Orxan Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Daha sonra açılış mərasimində kənd ağsaqqalı, şəhidin müəllimi Babalı Quliyev, kənd sakinləri Nəbi Mirzəyev və Əkrəm Abdullayev  çıxış edərək, şəhid haqqında xatirələrini bölüşdülər .

Məktəblilərin ifasında şəhidə həsr olunmuş şeirlər və mahnı səsləndirildi.

Sonda şəhidin atası Mübariz Dənziyev və əmisi Nağdıəli Dənziyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər