Laman kəndində növbəti səyyar qəbul keçirilib
11 iyun 2025-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Laman kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Laman, Şingədulan, Durğan, Ağqışlaq, Küman və Zenoni kəndlərinin sakinləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər su təchizatının yaxşılaşdırılması, yolların təmiri, təbii qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.