Kirəvud və Nücü kəndlərində səyyar qəbul keçirib
10 iyun 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Kirəvud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kirəvud, Aran, Boykəndil, Buruq, Ərdəbilə, Lələdulan, Musavar, Ordahal və Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nücü, Vamazğon, Davıdonu, Lərmərud və Haftonu kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər rayon rəhbəri tərəfindən dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.







